Neftçala rayonunda Gender Bərabərliyi Festivalı keçirilib

14 oktyabr 2019

Paylaş:

BMTİP ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə həyata keçirdiyi və Coca-Cola Fondunun maliyyələşdirdiyi “Rayon qadınları və gənclərinin sosial və iqtisadi həyatda fəal iştirakının təşviqi” layihəsi çərçivəsində 11 oktyabr tarixində Neftçala rayonunda Gender Bərabərliyi Festivalı keçirilib.

Festival oktyabrın 11-də (Beynəlxalq Qızlar Günündə) Həsənabad kəndində baş tutub.  Festivalın məqsədi kənd qadınlarını sosial-iqtisadi həyatda daha da fəal olmağa səsləmək, eləcə də gender bərabərliyi, məişət zorakılığı, qızların təhsili və qadınların səlahiyyətlənməsi kimi müxtəlif mövzularda maarifləndirici çağırışlar etməkdir. 

Festivalda sosial çarx nümayiş olunub, C.Cabbarlının “Sevil” tamaşasından səhnə göstərilib, yuxarı sinif şagirdləri arasında intellektual yarışma təşkil olunub və “Qızlarımızı məyus/xoşbəxt edən nədir?” mövzusunda sorğu-müzakirə aparılıb.