Komitə əməkdaşları üçün təlim təşkil olunub

14 oktyabr 2019

Paylaş:

 

11-12 oktyabr tarixlərində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları üçün “Səmərəli təqdimatların hazırlanması və keçirilməsi” mövzusunda təlim təşkil olunub.

Təlim  ADA Universitetində İxtisasartırma Proqramları üzrə prorektor müavini, eyni zamanda, Azərbaycanda hökumət təşkilatları və özəl sektoru üçün 12 ildən artıq məsləhətçi kimi fəaliyyət göstərən peşəkar təlimçi Aygün Hacıyeva tərəfindən keçirilib.

Təlimdə Gənc mütəxəssislər üçün effektiv təqdimat bacarıqları, səmərəli təqdimatların strukturu və dizaynı, güclü ilk təəsüratın formalaşdırılması, qeyri-şifahi ünsiyyət,

Daha sonra qrup işləri təşkil olunub, həmçinin iştirakçıların hər biri müxtəlif mövzular üzrə təqdimatlarla çıxış edib.