Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən “Ekologiya və sağlam qidalanma” mövzusunda maarifləndirici tədbir keçirilib

10 oktyabr 2019

Paylaş:

Oktyabrın 10-da Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən Gənclərin sağlam həyat tərzi-məqsədilə İmamqulubəyli qəsəbəsində  “Ekologiya və sağlam qidalanma”  mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları və məcburi köçkün ailələrdən olan yeniyetmələr  iştirak edib.

Tədbirin keçirilməsində məqsəd insanları, xüsusilə də yeniyetmə və gəncləri qeyri-sağlam qidalanma nəticəsində düçar olduqları xəstəliklərdən xilas etmək, zərərli vərdişlərdən çəkindirmək, sağlam qidalanma və düzgün həyat tərzi ilə əlaqədar olaraq ətraflı maarifləndirməkdir.

Əxlaqi  keyfiyyətlərə sahib olmaq, zərərli vərdişlərə doğru getməmək, idmanla məşğul olmaq, bir sözlə, düzgün həyat tərzi seçmək gənclərin başlıca vəzifəsinin olduğu bildirilib.

Tədbirdə ağacların kəsilməsinin qarşısının alınması, ekoloji tarazlığı saxlamaq üçün yeni ağacların əkilməsinin önəmli olması, təmiz qida üçün təmiz su mənbələrinin olması haqqında  müzakirələr aparılıb.

Tədbirin sonunda iştirakçılara mərkəz tərəfindən məlumatlandırcı bukletlər təqdim edilib.