Şüvəlan və Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Uşaq hüquqları” adlı tədbir keçirilib

14 oktyabr 2019

Paylaş:

Oktyabrın 9-da  Şüvəlan və Qəbələ Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Uşaq hüquqları” maarifləndirici tədbiri keçirilib.

Tədbir Şüvəlan qəsəbəsi 158 saylı tam orta məktəbdə və Qəbələ rayonu 2 saylı tam orta məktəbdə keçirilib. Tədbirdə Şüvəlan və Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları və məktəbin şagirdləri iştirak edib.

Bildirilib ki, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi ilə bağlı mühüm addımlar atılmış, bir sıra qərar və qanunlar qəbul edilmişdir. Uşaq hüquqları haqqqında qəbul olunmuş qanunda  göstərdiyi kimi yaşından, cinsindən, sağlamlığından asılı olmayaraq bütün uşaqların hüquqları bərabərdir. Uşaq hüquqları və azadlıqlarının təmin edilməsinin, uşaqların təhsildən yayınmasının qarşısının alınması, uşaqların məcburi əməyə cəlb edilməsinin ləğvi və digər məsələlər üzrə tədbir iştirakçılarına məlumat verilib.

Mövzu ətraflı müzakirə olunub və şagirdləri maraqlandıran suallar cavablandırılıb.