Şüvəlanda “Məişət zorakılığı” adlı maarifləndirici tədbir keçirildi

14 oktyabr 2019

Paylaş:

Oktyabrın 9-da Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Məişət zorakılığı” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbir Quycaq kənd Cəbrayıl rayon Fuad Əsgərov adına tam orta məktəbdə keçirilib. Tədbirdə Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, məktəb əməkdaşları və şagirdlər iştirak edib.

Tədbirin məqsədi ölkəmizdə məişət zorakılığına qarşı mübarizə, zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində cəmiyyəti maarifləndirməkdir.

Bildirilib ki, statistika və sorğular onu göstərir ki, dünyanın bir çox ölkələrində zorakılıq və xüsusən də gender əsaslı zorakılıqlar hələ də davam etməkdədir. Məişət zorakılığın qarşısının alınması insanların təhlükəsizliyin təmin olunmasında böyük əhəmiyyət kəsb edir. Məişət zorakılığın və ya ailədə zorakılıq hallarının yalnız bir ailənin deyil, cəmiyyətin təhlükəsizliyinin əsasları üçün təhdid olmasından, total xarakter daşımasından, məişət zorakılığına qarşı mübarizənin bütün  cəmiyyəti əhatə etməsindən və bu sahədə həssas yanaşmasından bəhs edilib.

Tədbir görüş iştirakçılarının sual - cavabları ilə yekunlaşıb və şagirdlərə mərkəzin bukletləri təqdim edilib.