Hacıqabulda “Yol hərəkət Qaydalarını birlikdə öyrənək” adlı maarifləndirici tədbir keçirildi

14 oktyabr 2019

Paylaş:

Oktyabrın 9-da Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Yol hərəkət qaydalarını birlikdə öyrənək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbir Hacıqabul rayon “Fidanlar” uşaq bağçasında keçirilib. Tədbirdə Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, “Fidanlar” uşaq bağçasının əməkdaşları və şagirdlər iştirak edib.

Məlumat verilib ki, tədbirin keçirilməsində məqsəd təhlükəsiz davranış qaydalarını öyrənmək, uşaqların yol hərəkəti qaydaları barədə bilik səviyyəsini və ona əməl etmək bacarıqlarını nümayiş etdirməkdir. Yol hərəkəti qaydalarını kiçik yaşlarından öyrənməyin və buna əməl olunmasının vacibliyi vurğulanıb. Həmçinin yol hərəkət nişanlarının, işıqforun, piyada keçidlərinin həyatımızdakı önəmindən və onlara düzgün əməl olunması haqqında məlumat verilib.

Sonda balaca “fidanlar” tədbiri yol hərəkəti qaydalarına aid səhnəciklə tamamlayıblar.