“Sağlam həyat tərzi. İnfeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası” mövzusunda tədbir keçiriləcək

14 oktyabr 2019

Paylaş:

2018-ci il ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Səhiyyə Nazirliyi ilə birgə və Təhsil Nazirliyinin dəstəyi ilə Respublikamızın şəhər və rayonlarında orta ixtisas təhsili müəssisələrində gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə (narkomaniya, alkoqolizm, tütün məmulatları) və QİÇS-ə qarşı mübarizənin mübarizənin gücləndirilməsi, talassemiyanın və qeyri-infeksion xəstəliklərin  profilaktikası, reproduktiv sağlamlıq və ailə planlaşdırılması, ana südü ilə qidalanma sahəsində gənclərin maarifləndirilməsi məqsədilə böyük uğurla tədbirlər həyata keçirilib.

Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq, 2019-cu il ərzində tədbirlərin keçirilməsi Bakı şəhərində və regionlarda yerləşən ilk peşə-ixtisas təhsili müəssisələrində planlaşdırılır. Növbəti tədbirin keçirilməsi 14 oktyabr 2019-cu il tarixində saat 14.30-da Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində  “Sağlam həyat tərzi. İnfeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası “ mövzusunda nəzərdə tutulur (Ünvan:  Binəqədi  rayonu, Koroğlu Rəhimov küç. 70)