Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzi Uşaqlarin İcbari Dispanserizasiyasiyası ilə əlaqədar “Gələcəyimiz sizin əlinizdədir” adlı tədbir keçirib

4 oktyabr 2019

Paylaş:

03 oktyabr 2019-cu il tarixində Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzi  tərəfindən Hacıqabul şəhər 8 saylı tam orta məktəbdə “Siz Bizim Gələcəyimizsiniz”adlı tədbir keçirilib. Tədbirdə Hacıqabul UADM-ın əməkdaşları, orta məktəbin işçi heyəti və şagirdləri iştirak edib.

Dispanserizasiyanın əsas məqsədi kimi, uşaqlara göstərilən tibbi  xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, onların mütəmadi olaraq kompleks tibbi müayinədən keçirilməsi, erkən dövrdə aşkar edilməsi, xəstəliklərin vaxtında müayinə və müalicəsinin vacib olduğu  bildirilib.

Çıxışda qeyd edilib ki, Azərbaycan Respublikasında ”Uşaqların icbari dispanserizasiyasının keçirilməsinə dair Dövlət Proqramı”nın əhəmiyyəti böyükdür. Mövzu ətrafında ibtidai sinif şagirdləri öz maraqlı fikirlərini tədbir iştirakçılarına bildiriblər.