“Ana südü ilə qidalanma” mövzusunda tədbir keçiriləcək

2 oktyabr 2019

Paylaş:

2018-ci il ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Səhiyyə Nazirliyi ilə birgə və Təhsil Nazirliyinin dəstəyi ilə Respublikamızın şəhər və rayonlarında orta ixtisas təhsili müəssisələrində gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə (narkomaniya, alkoqolizm, tütün məmulatları) və QİÇS-ə qarşı mübarizənin mübarizənin gücləndirilməsi, talassemiyanın və qeyri-infeksion xəstəliklərin  profilaktikası, reproduktiv sağlamlıq və ailə planlaşdırılması, ana südü ilə qidalanma sahəsində gənclərin maarifləndirilməsi məqsədilə böyük uğurla tədbirlər həyata keçirilib.

Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq, 2019-cu il ərzində tədbirlərin keçirilməsi Bakı şəhərində və regionlarda yerləşən ilk peşə-ixtisas təhsili müəssisələrində planlaşdırılır. Növbəti tədbirin keçirilməsi 4 oktyabr 2019-cu il tarixində saat 10.30-da İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Ana südü ilə qidalanma” mövzusunda nəzərdə tutulur (Ünvan: Nəsimi r-nu, Feyzulla Qasımzadə küç. 36).