Qəbələdə ”Uşaqlıq dövrünə xas olan əlilliyin erkən aşkarlanması” adlı tədbir keçirilib

1 oktyabr 2019

Paylaş:

Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Sağlamlıq imkanları məhdud olan uşaqların tibbi- sosial dəstək göstərilməsi DP əsasən beynəlxalq və yerli səviyyədə fəaliyyət göstərən ictimai birliklər və xeyriyyə fondları ilə əməkdaşlığın genişləndirilməsi” bəndinə uyğun olaraq ”Uşaqlıq dövrünə xas olan əlilliyin erkən aşkarlanması” adlı tədbir keçirilib

26 sentyabr 2019-cu il tarixində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Qəbələ şəhər Qızıl Aypara Cəmiyyətinin birgə təşkilatçılığı ilə Qəbələ şəhər  “Günərzi Qayğı Mərkəzi”ndə “Sağlamlıq imkanları məhdud olan uşaqların tibbi-sosial dəstək göstərilməsi DP əsasən beynəlxalq və yerli səviyyədə fəaliyyət göstərən ictimai birliklər və xeyriyyə fondları ilə əməkdaşlığın genişləndirilməsi” icrası məqsədi ilə “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən aşkarlanması”adlı tədbir keçirilib.

Tədbirdə Qəbələ Uşaq və Ailələrə  Dəstək Mərkəzinin əməkdaşları, Regional Asan Xidmət Mərkəzinin könüllüləri və 12 nəfər icra nümayindələri iştirak edib.

Həyata keçirilən tədbirin məqsədi uşaqların əlilliyin erkən aşkarlanması və həmçinin uşaqlıq dövrünə xas olan əlillik halları azalması və qarşısının alınması idi. Tədbirdə çıxış edənlər  bildirdilər ki, iqtisadi potensial artdıqca  səhiyyənin inkişafı üçün əlverişli şərait yaranmış və əhalinin , əsasən uşaqların sağlamlığının  qorunması problemləri ardıcıllıqla  öz həllini tapmaqdadır.

Tədbirdə qeydiyyatda olan  XQE olan uşaqların hazırladıqları rəsm və əl işləri sərgisi nümayiş etdirilib. Müxtəlif təşkilatlar və Qəbələ UADM tərəfindən uşaqlara hədiyyələr  təqdim edilib.

Tədbir  uşaqların hazırladıqları əyləncəli proqramla sona çatıb.