Hacıqabul rayonunda “Şəhərin ictimai həyatında xüsusi rolu olan qadınların uğurları” mövzusunda tədbir keçirilib

30 sentyabr 2019

Paylaş:

Sentyabrın 25-də Hacıqabul Uşaq və  Ailələrə  Dəstək  Mərkəzinin təşkilatçılığı ilə Hacıqabul rayon Heydər Əliyev mərkəzində “Şəhərin ictimai həyatında xüsusi rolu olan qadınların uğurları”  mövzusunda tədbir keçirilib.

Tədbirdə  Hacıqabul  Uşaq və Ailələrə  Dəstək Mərkəzinin əməkdaşları, 28 sahibkar  qadın və  icmadan olan digər qadınlar iştirak edib.

Tədbirin keçirilməsində əsas məqsəd qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunmasının stimullaşdırılmasıdır. Tədbirdə iştirak edənlər dövlətimizin sahibkar qadınlar üçün yaratdığı şəraitdən, onlara göstərilən diqqət və qayğıdan öz məmnunluq hisslərini bildiriblər. Azərbaycanda fəaliyyət göstərən sahibkar qadınların iqtisadiyyatın hər bir sahəsində böyük əməyi olduğu bildirilib. Sahibkar qadınların verdiyi töhfələr sayəsində iqtisadiyyatımızın daha da inkişaf etdiyi nəzərə çatdırlıb. Mövzu ətrafında geniş müzakirələr aparılıb.

Sonda qadın sahibkarları maraqlandıran suallar cavablandırılıb.