“Heç bir məktəbli kitabsız qalmasın" şüarı altında aksiya keçirildi

23 sentyabr 2019

Paylaş:

Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində ənənəvi olaraq bu il də “Bilik günü”nə həsr olunmuş "Heç bir məktəbli kitabsız qalmasın" şüarı altında aksiya keçirilib.

Aksiyada risk qrupundan olan ailələrin uşaqlarına məktəbli geyimi, çanta və ləvazimatlar təqdim edilib. Aksiyada ümumilikdə 50 uşağa məktəb ləvazimatı paylanılıb.