Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova British Council-in Direktoru ilə görüşüb

18 sentyabr 2019

Paylaş:

18 sentyabr  2019-cu il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın British Council-in Direktoru Samr Şah ilə görüşü keçirilib.

Komitə sədri H.Hüseynova qonaqların Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində görülən mühüm işlər, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığının qarşının alınması, qadınların müxtəlif sahələrdə fəallığının artırılması məqsədilə ölkə başçısı cənab İlham Əliyev və Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən əhəmiyyətli tədbirləri diqqətə çatdırıb. Eyni zamanda, beynəlxalq təşkilat və qurumlarla birgə reallaşan layihələrdən və onların uğurlu nəticələrindən bəhs edib. British Council-in Direktoru  cənab Samr Şah  da öz növbəsində uşaq və qadın hüquqlarının müdafiəsi, onların bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçirdikləri sosial layihələr barəsində geniş məlumat verərək, bu sahəyə göstərdikləri marağı qeyd edib.

Görüş çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub, yeni layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.