Xaçmaz rayonunda vətəndaşların qəbulu keçiriləcək

21 avqust 2019

Paylaş:

         Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri, sədr müavinləri tərəfindən vətəndaşların qəbulu davam  edir.

      30 avqust  2019-cu il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri müavini Aynur Sofiyeva  saat 11:00-da Xaçmaz rayonunda Tarix Diyarşünaslıq Muzeyində  vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Xaçmaz, Quba və  Qusar   rayonlarının vətəndaşlarının  ərizə, təklif və müraciətlərinə  baxılacaqdır.