Saatlıda uşaqlar üçün “Yay düşərgəsi” təşkil olunub

29 iyul 2019

Paylaş:

Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi 22-26 iyul tarixlərində məktəblilərin asudə vaxtının səmərəli təşkili məqsədilə 5 günlük “Yay düşərgəsi” təşkil edib. 

İcmada yaşayan müxtəlif yaş qrupuna aid məktəblilərin iştirak ilə keçirilən tədbirlərdə uşaqlar 5 gün ərzində maraqlı zaman keçiriblər. Onlar üçün müxtəlif idman yarışları, musiqili əyləncəli və intellektual oyunlar, məntiq testləri hazırlanıb. Uşaqlar həmçinin bədii və çizgi filmlərinə baxıb, kitab oxuyublar.

 Əlavə olaraq uşaqların Saatlı rayonunda yerləşən muzeylərə ekskursiyaları təşkil olunub.