Sabirabad UADM “İnsan alverinin qurbanı olma riskinin azaldılması” mövzusunda maarifləndirmə tədbiri keçirib

23 iyul 2019

Paylaş:

18 iyulun 2019-cu il tarixində Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi rayonun H.Əliyev Mərkəzində “İnsan alverinin qurbanı olma riskinin azaldılması” mövzusunda maarifləndirici tədbir keçirib.

Tədbir iştirakçılarına insan alveri problemi, cəmiyyətdə onun yaratdığı fəsadlar, seçilən qurbanlar, insan alverinə cəlb etmə üsulları,  bu problemə qarşı mübarizə və insan alveri qurbanı olma riskinin azaldılmasına dair ətraflı məlumat verilib, iştirakçıların fikirləri dinlənilib və  mövzuya dair flim nümayiş olunub.