Ümumdünya Qadın Sammitində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova ikitərəfli görüşlər keçirib

5 iyul 2019

Paylaş:

İsveçrənin Bazel şəhərində davam edən  Ümumdünya Qadın Sammiti  çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət  Komitəsinin sədri xanım Hicran Hüseynova  bir sıra ölkələrin və beynəlxalq təşkilatların rəhbər nümayəndələri ilə ikitərəfli görüşlər keçirib. Komitə sədri Vyetnam  Sosialist Respublikasının vitse-prezidenti Dang Thi Nigoc Thinh, Arubanın baş naziri Evelyen Vever-Croes, Namibiya Respublikasının baş naziri Saara Kuugongelva-Amadhila, Vyetnam Sosialist Respublikasının  Əmək- Əlil və Sosial Münasibətlər Nazirliyinin  nazir müavini NguyenThi Ha, Vyetnam Qadınlar İttifaqının birinci vitse-prezidenti Hoang Thi Aİ Nhien, Meksika Birləşmiş Ştatlarının senatoru Martha Lucia Micher Camarena, Meksikanın Qadın Təşkilatının sədri  Patricia Espinosa Torres,  Qlobal Məsələlər üzrə baş icraçı direktor Najat Valfaud- Beikacemlə  görüşərək Azərbaycanın qadınların sosial və iqtisadi həyatda iştirakı ilə bağlı əldə olunan nailiyyətlər haqqında ətraflı məlumat verib. Eyni zamanda,  ölkəmizin hər zaman bütün dövlətlərlə əməkdaşlığıa hazır olduğunu bildirib.   İkitərəfli görüşlər zamanı ölkələr və beynəlxalq təşkilatlar Azərbaycan təcrübəsini öyrənməkdə maraqlıdır. Qeyd olunmuşdur  ki,  ölkədə gedən müharibə və onun yaratdığı fəsadlar  fonunda Azərbaycanın inkişafı onun dövlətçilik ənənələrinin bariz nümunəsidir. Onlar qadın hüquqlarının müdafiəsi sahəsində Azərbaycan ilə əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsinin aparılması üzrə birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib.    Görüşlər zamanı  qadın hüquqlarının müdafiəsi, cəmiyyətdə layiqli yer tutması və onların səlahiyyətləndirilməsi, qadın sahibkarlığının inkişafı, ikitərəfli əməkdaşlıq səviyyəsinin artırılması və digər mövzular ətrafında müzakirələr aparılıb.