4-6 iyul 2019-cu il tarixində Isveçrədə keçiriləcək Qadınların Qlobal Sammitində Komitənin sədri xanım Hicran Hüseynova iştirak edəcəkdir

2 iyul 2019

Paylaş:

4-6 iyul 2019-cu il tarixində Isveçrədə  Qadınların Qlobal Sammiti keçiriləcəkdir.  Dünyanın bir çox ölkələrinin nazir, nazir müavinləri, dövlət qurumlarının rəhbərləri, tanınmış və nüfuzlu sahibkar və eyni zamanda ictimai xadimlərin iştirakı  ilə baş tutacaq tədbirdə Azərbaycan Respublikasını  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət  Komitəsinin sədri xanım Hicran Hüseynova təmsil  edəcəkdir. Sammitin əsas mövzuları qadın sahibkarlığının inkişafı, həyatın bütün sahələrində qadınlarının iştirakçılığının artırılması, dünyada resursların qorunmasında qadınların rolu və digər məsələlər müzakirə olunacaqdır.