“Qadın sahibkalığının inkişafı: təcrübə, imkanlar və nailiyyətlər” mövzusunda Beynəlxalq Forum keçiriləcək

19 iyun 2019

Paylaş:

21 iyun 2019-cu il tarixində saat 09:30-da “Fairmont” otelində qadın sahibkarlığının inkişafına həsr olunmuş “Qadın sahibkalığının inkişafı: təcrübə, imkanlar və nailiyyətlər”  mövzusunda Beynəlxalq Forum keçiriləcək.

Tədbirdən əvvəl qonaqlar Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edəcəklər.

Daha sonra qadın sahibkarlığı ilə bağlı film nümayiş olunacaqdır.

Tədbirdə millət vəkilləri, dövlət və qeyri-hökumət təşkilatlarının, təşkilatların və xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin, o cümlədən Respublikanın bütün regionlarından nümayəndələr, görkəmli ictimai-siyasi xadimlər  iştirak edəcəkdir.

Forum 2 hissədə öz işini həyata keçirəcəkdir. Forumun 1-ci hissəsi açılış sessiyası şəklində olacaq. 2-ci hissə isə müxtəlif mövzular üzrə panellərlə davam edəcəkdir:

Sesiya 1: “Qadın sahibkarlığı Dayanıqlı İnkışaf Məqsədlərinə çatmaq üçün ən əhəmiyyətli amil kimi

Sesiya 2: “İKT vasitəsi ilə Qadın sahibkarlığının dəstəklənməsi və şəbəkələşmə

Sesiya 3: Kənd ərazilərində sahibkalığın inkişafı üçün şəraitin yaradılması.

Sonda “Qadın sahibkalığının inkişafı: təcrübə, imkanlar və nailiyyətlər”  mövzusunda Beynəlxalq Forumun yekun sənədi qəbul olunacaq.

Tədbirin ictimai əhəmiyyətini nəzərə alaraq, KİV nümayəndələrini əməkdaşlığa dəvət edirik.