Uşaqların Müdafiəsi Günü və Ramazan bayramı münasibəti ilə bayram tədbiri keçirilib

7 iyun 2019

Paylaş:

İyunun 5-də Xəzər rayonu Şağan qəsəbəsində yerləşən istirahət mərkəzində Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi və “Əlil Körpələrə Yardım” İctimai Birliyinin birgə təşkil etdiyi 1 iyun Uşaqların Beynəlxalq Müdafiə Günü və Ramazan bayramı münasibəti ilə 100 nəfər xüsusi qayğıya ehtiyacı olan uşaqlar və imkansız ailələrin uşaqları üçün bayram şənliyi keçirilib.

Şənlikdə uşaqlar üçün bayram süfrəsi açılıb, onlara animasiya proqramı, musiqi nömrələri və digər maraqlı, əyləncəli oyunlar təşkil olunub. Tədbirin sonunda  uşaqlara hədiyyələr təqdim edilib.