Komitə əməkdaşları “Qadın və uşaq hüquqlarının müdafiəsi” mövzusunda təlim keçiblər

4 iyun 2019

Paylaş:

4 iyun 2019-cu il tarixində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarına Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən “Qadın və uşaq hüquqlarıın müdafiəsi” mövzusunda maarifləndirici təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İnsan Resursları şöbəsinin müdiri Yıldırım Fatma və AQUPDK-nın İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov mövzunun aktuallığını qeyd ediblər.

Təlimdə qadın və uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığı, təhsildən yayınma, uşaq nikahı, uşaq əməyi ilə mübarizə, gender bərabərliyinin təmin edilməsi və digər müvafiq istiqamətlərdə dövlət tərəfindən görülən işlər, həyata keçirilən tədbirlər, gender əsaslı zorakılıqla bağlı monitorinq qruplarının fəaliyyəti iştirakçıların diqqətinə çatdırıb.

Təlim çərçivəsində dövlət qadın siyasətini əks etdirən film, zorakılıqla mübarizə, qadın və kişi bərabərliyini təbliğ edən maarifləndirici rolik nümayiş etdirilib. Təlimlər Komitə əməkdaşları Elgün Səfərov və Rahil Süleymanzadə tərəfindən aparılıb.

Təlim interaktiv şəkildə müzakirələrlə davam edib.