Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzində "Gözəl bir gün" adlı tədbir keçirmişdir

3 iyun 2019

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 1 iyun – Uşaqların Müdafiəsi Günü münasibətilə silsilə tədbirlərin yekunu olaraq, 3 iyun,2019-cu il tarixində "İçərişəhər" Dövlət tarix-memarlıq qoruğu İdarəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzində "Gözəl bir gün" adlı tədbir keçirmişdir. Tədbirdə  Heydər Əliyev Fondunun vitse-prezidenti  xanım Leyla Əliyeva iştirak etmişdir. Maqsud İbrahimbəyovun eyni adlı əsərinə həsr olunmuş xeyriyyə layihəsində "İstedART" və " Yaradan uşaqlar "dan qırxdan çox uşaq iştirak etmişdir. “IstedArt” - "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həyata keçirilən bu layihə inkişaf xüsusiyyətləri olan uşaqların və valideynləri olmayan uşaqların bacarıqları, yaradıcı tərəflərinin kəşf olunması məqsədi ilə yaradılmışdır. Tədbir çərçivəsində uşaqlara zəngin master-klass dərsləri, təhsil oyunları, musiqi və digər əyləncəli bayram proqramları nümayiş olunmuşdur. Bayram şənliyinin sonunda iştirak edən uşaqlara Komitə tərəfindən hədiyyələr paylanılmışdır.