“Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsinin açılış konfransı keçirildi

29 aprel 2019

Paylaş:

29 aprel 2019-cu il tarixində Beynəlxalq Mətbuat Mərkəzində Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində həyata keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsinin açılış konfransı keçirilib.

Konfransda Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbər şəxsləri, Milli Məclisin deputatları, Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Əməkdaşlıq Bölməsinin rəhbəri, BMT–nin İnkişaf Proqramının Rezident Nümayəndəsinin səlahiyyətlərinin icraçısı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini, Azərbaycan Milli Elmlər Akademiyasında şöbə müdiri, Bələdiyyələrinin Milli Assosiasiyaları, bələdiyyə, qeyri-hökumət təşkilatları və KİV nümayəndələri iştirak edib.

Tədbirdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, müşavir-elçi, Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Əməkdaşlıq Bölməsinin rəhbəri Simona Qatti, BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandro Frakassetti, “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsinin əlaqələndiricisi və Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyinin sədri Lyudmila Xəlilova, Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü, deputat Fazil Mustafa, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin üzvü, deputat Qənirə Paşayeva, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Fazil Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdiri Rəna Mirzəzadə, Şəhər Bələdiyyələrinin Milli Assosiasiyalarının icraçı katibi, Milli Assosiasiyalarının əlaqələndiricisi Tofiq Həsənov çıxış edərək, layihənin əhəmiyyəti qeyd edib, hökumət tərəfindən görülən mühüm işləri diqqətə çatdırıblar.