Xəzər rayonunda maarifləndirmə tədbirləri keçirilib

24 may 2019

Paylaş:

22-24 may 2019-cu il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Valideynlik bacarıqlarının artırılması” və “SİB-R uşaq inkişafının qiymətləndirilməsi” mövzularında tədbirlər keçirib.

    Xəzər rayonunda baş tutan tədbirlərdə gənc qadınlar və valideynlər iştirak edib.

Tədbirlərdə müsbət valideyn davranışları, valideynlik məsuliyyəti, diqqət edilməli olduğumuz məqamlar barədə məlumat verilib. Tədbirlərdə həmçinin 0-18 yaşarası uşaqların fiziki və əqli inkişafında valideynlərin rolu, uşaq inkişafının qiymətləndirmə formaları və  s. barədə məlumat verilib.