“Qadınlar ailədə və cəmiyyətdə”mövzusunda yığıncaq keçirildi

14 may 2019

Paylaş:

Mayın 1-də Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən Ağdam Əhmədağalı kənd orta məktəbində müəllimlərin və fəal valideynlərin iştirakı ilə  “Qadınlar ailədə və cəmiyyətdə” mövzusunda  yığıncaq   keçirildi.

 Yığıncaqda Azərbaycanın görkəmli və cəmiyyətdə fəal olan qadınları haqqında hazırlanmış ”Fəal Azərbaycan qadınları” adlı təqdimat nümayiş etdirildi.

Sonra qadın fəallığının gücləndirilməsi sahəsində onların qarşısında olan maneələr və problemlər haqqında müzakirələr aparıldı. Müzakirələr zamanı qadınların ailədə və cəmiyyətdə rolu haqqında fikirlər səsləndi.

 Yığıncağın sonunda iştirakçıları maraqlandıran suallara ətraflı cavablar verildi.