Erkən nikahların qarşısının alınması ilə bağlı maarifləndirici tədbir keçirildi

3 may 2019

Paylaş:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsi ilə birgə cari ilin aprel-may ayı ərzində erkən nikahların qarşısının alınması ilə bağlı maarifləndirici tədbir həyata keçirib.

Maarifləndirmə kampaniyası 05.04.2019-cu il tarixdə Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində, 12.04.2019-cu il tarixdə Saatlı rayonu Cəfərxan kəndində 19.04.2019-cu il tarixdə Masallı  rayonu Boradigah qəsəbəsində keçirilmiş layihənin davamı olaraq 03 may 2019-cu il tarixində Abşeron rayonunun Hökməli qəsəbəsi tam orta məktəbdə tədbir keçirilib.

Tədbirdə məktəb direktoru, şagird, müəllim və valideyn kollektivi iştirak edib.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, Abşeron rayon Təhsil şöbəsinin müdiri Nazilə Məmmədova, Hökməli qəsəbə İcra nümayəndəsi Müseyib İbrahimov çıxış edib.

Tədbirdə erkən nikah və təhsildən yayınma halları, onların fəsadları,  aradan qaldırılması yolları, narkomaniya və onun fəsadları, reproduktiv sağlamlıq, qadınlara qarşı zorakılıq, boşanma və aliment məsələləri, o cümlədən məişət zorakılığına qarşı mübarizə yolları, bu sahədə mövcud yerli və beynəlxalq qanunvericilik, Komitə və İcra Hakimiyyəti tərəfindən həyata keçirilən müvafiq layihələr barədə məlumat verilib

Tədbirdə erkən nikahlara həsr olunmuş  video-çarx nümayiş etdirilib.

 Sonda mövzu ətrafında müzakirələr aparılıb, təkliflər irəli sürülüb.