Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində tədbir keçiriləcək

22 aprel 2019

Paylaş:

2013-cü ildən etibarən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq gənclər arasında vətənpərvərlik, milli-mənəvi və ailə dəyərlərinə hörmət hisslərinin yüksək səviyyədə aşılanması məqsədilə Müdafiə Nazirliyinin razılığı ilə hərbi hissələrdə şəxsi heyət üçün böyük uğurla tədbirlər həyata keçirilir.

Tədbirlərin əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2017 – 2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinin icrası məqsədilə 2019-cu il ərzində hərbi hissələrdə, əsgər və zabitlər üçün Azərbaycanın tanınmış ziyalılarının, elm və mədəniyyət xadimlərinin, ağsaqqal və ağbirçəklərin iştirakı ilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində növbəti maarifləndirmə tədbirinin həyata keçirilməsi, aktual mövzular ətrafında tədbir iştirakçıları ilə müzakirələrin aparılması, Komitə tərəfindən nəşr olunmuş maarifləndirmə vəsaitlərin tədbir iştirakçılarına təqdim edilməsi nəzərdə tutulub.

Tədbir 30 aprel 2019-cu il tarixində saat 16:00-da Müdafiə Nazirliyinin nəzdində “Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi”ndə keçiriləcəkdir.