Xəzər rayonunda “Uşaq Hüquqları” mövzusunda təlim keçirilib

22 aprel 2019

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin  könüllüləri 16-17 aprel  tarixlərində Xəzər rayonu 181 və Laçın rayonu 31 nömrəli tam orta məktəblərdə  şagirdlərə  “Uşaq Hüquqları”  mövzusunda təlim keçib.

Təlim zamanı uşaqlara Komitənin təklifi ilə “Azərbaycan 2020: Gələcəyə baxış” proqramına salınması gözlənilən Milli Uşaq Strategiyasından, milli –mənəvi, əxlaqi dəyərlərə malik olan ailə modelindən, ölkəmizin uşaq hüquqları çərçivəsində qəbul etdiyi beynəlxalq sənədlərdən və Komitənin gördüyü işlərdən təlim iştirakçılarına məlumat verilib.

Təlimin sonunda maarifləndirmə bukletləri paylanılıb və mövzu ilə əlaqədar müzakirələr aparılıb.