"ASAN Məktub" yenidən uşaqların sevincinə səbəb oldu

10 aprel 2019

Paylaş:

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  və “ASAN könüllüləri” İctimai Birliyinin  birlikdə Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzində başlayan “ASAN məktub” layihəsi yenidən köçkün və xüsusi qayğıya ehtiyacı olan uşaqları öz hədiyyələri ilə sevindirib. 

Bu ilin mart ayında yazılan məktublar xeyirxah, xeyriyyəsevər vətəndaşlar tərəfindən dəstək verilərək  58 uşaqdan sonra, daha 16 nəfər 4-14 yaşlı uşaqların yazdığı məktub öhdəçiliyə götürülmüş, alınan hədiyyələr aprel ayında Bərdə ASAN  Xidmət Mərkəzi və Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin iştirakı ilə öz kiçik sahiblərinə paylanıb.

Qeyd edək ki, "ASAN Məktub" layihəsi ilə bu il qısa müddət ərzində atıq  Ağdam rayonundan və Ağdamda məskunlaşan Kəlbəcər, Şuşa, Xocalı və Laçın rayonlarından köçkün, xüsusi qayğıya ehtiyacı olan və cəbhəyanı kəndlərdən aztəminatlı və çoxuşaqlı ailələrdən olan 74 uşağın arzusu reallaşıb.