“Uşaq hüquqları” aylığı

22 noyabr 2016

Paylaş:

20 noyabr – Beynəlxaq Uşaq Hüquqları Günü ərəfəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri rayon ərazisində, sərhədyanı köçkün qəsəbələrdə, orta məktəblərdə, uşaq bağçalarında uşaqlar, valideynlər və uşaq müəssisəsi işçilərinin iştirakı ilə təlimlər, tədbirlər və əyləcəli proqramlar keçiriblər.

Uşaqlara diqqətin artırılması, onların müdafiə olunması, təhlükəsizliklərinin təmin olunması, uşaq sağlamlığına diqqətin artırılması, onlar üçün sağlam mühitin yaradılması, uşaq hüquqlarının qorunması sahəsində vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə keçirilən tədbirlərdə uşaq hüquqları sahəsində məlumatlandırıcı çap materialları paylanıb və uşaqların hazırladıqları səhnəciklər nümayiş olunub.