“Məcburi köçkünlər, qaçqınlar və sığınacaq axtaran şəxslər arasında cinsi və gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirləri” layihəsi çərçivəsində seminar keçirildi

8 aprel 2019

Paylaş:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin BMT –nin Qaçqınlar üzrə Ali Kommisarlığı (BMTQAK) ilə birgə həyata keçirdiyi “Məcburi köçkünlər, qaçqınlar və sığınacaq axtaran şəxslər arasında cinsi və gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirləri” layihəsi çərçivəsində 28 mart 2019–cu il tarixində Bakıda BMTQAK–nın Qadın və Gənclər Mərkəzində seminar keçirilib.

Seminarda Komitənin eksperti Məftunə İsmayılova, layihənin koordinatoru Lyudmila Xəlilova, BMTQAK –nın Qadın və Gənclər Mərkəzinin direktoru Afət Yunisova və BMTQAK tərəfindən təmin olunan tərcüməçi Nigar Ağayeva iştirak edib. Seminarın əsas hədəf qrupu Əfqanıstandan olan sığınacaq axtaran qadınlardır. Ümumilikdə seminarda 15 nəfər iştirak edib.

Seminar iştirakçılarına gender bərabərliyi və onun yerli və beynəlxalq təminatları, gender əsaslı zorakılıq, dövlətin bu sahədə öhdəlikləri və dövlət siyasətinin əsas istiqamətləri və s. mövzularda prezentasiya təqdim edilib. Bununla yanaşı, ölkədə müxtəlif sahələrdə qadın iştirakına dair statistik məlumatlar verilib.

Seminar interaktiv şəkildə iştirakçıların sullarının cavablandırılması ilə davam edib. İştirakçılar seminarın təşkilindən məmnunluqlarını ifadə edərək Azərbaycanda qadın hüquqları və onlardan necə faydalana biləcəkləri barədə suallar verib, həmçinin qarşılaşdıqları problemlərlə bağlı narahatlıqlarını ifadə ediblər.

İştirakçılar gələcəkdə valideyn və uşaqlar arasında münasibətlərin qurulması, uşaqlar üçün təhsil imkanları və işsizlik probleminin həllinə dair seminarların təşkil olunmasını təklif ediblər.