Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi “Sağlam həyat tərzi, reproduktiv sağlamlıq və ailə planlaması” mövzusunda maarifləndirici tədbir keçirmişdir

7 fevral 2019

Paylaş:

Fevralın 7-də Saatlı Uşaq və Ailələrə Dəstək mərkəzi rayonun Məzrəli kənd tam orta məktəbində “Sağlam həyat, reproduktiv sağlamlıq,ailə planlaması” mövzusunda maarifləndirici tədbir keçirmişdir. Tədbirin əsas mövzusu sağlam həyat tərzi və möhkəm ailə təməlinin necə qurulmasından bəhs edirdi. Mövzuyla bağlı maarifləndirici film təqdim olundu.

      Məktəblilərlə mövzu ətrafında geniş söhbətlər aparıldı və onların bütün suallarına aydınlıq gətirildi.

      Tədbirin sonunda reproduktiv sağlamlıq haqqında məlumatlar əks olunmuş jurnallar paylandı.