Hacıqabul rayonunda “Erkən nikah və onun fəsadları ” mövzusunda maarifləndirmə tədbiri keçirilib

5 fevral 2019

Paylaş:

Fevralın 5-də Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə  rayonun Abdulabad kənd orta  məktəbində “Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə Hacıqqabul RİH-nin Yetkinlik Yaşına Çatmayanların işləri  üzrə komissiyanın sədri,  Hacıqabul rayon Abdulabad kənd orta məktəbin direktoru və məktəbin yuxarı sinif şagirdləri iştirak edirdi.

Tədbirdə çıxış edənlər respublikada nikaha daxil olmaq üçün qanunvericiliklər müəyyən olunmuş qaydalar, erkən nikaha məcbur edilmə faktı aşkarlandıqda Cinayət Məcəlləsində nəzərdə tutulmuş müddəalar barıdı ətraflı məlumat verilmişdir. Həmçinin bildirilmişdir ki, erkən nikah qızların təhsildən yayınmasına səbəb olmaqla, gələcəkdə onların məişət zorakılığı qurbanı olamaq riskini yaradır. 

Mövzu əsasında geniş müzakirələr oldu. Şagirdləri maraqlandıran suallar ətraflı cavablandırıldı və onlara maarifləndirci materiallar paylandı.