Abşeron rayonunda “Ailə Akademiyası” layihəsi çərçivəsində rtegional tədbir keçiriləcək

7 fevral 2019

Paylaş:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində ailə institutunun təbliği,
milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanması, eləcə də qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması məqsədilə yerlərdə özünüidarəetmə orqanlarının imkanlarını nəzərə alaraq, bələdiyyə orqanları ilə birgə həyata keçirilən “Ailə Akademiyası” layihəsi çərçivəsində növbəti tədbir 8 fevral 2019-cu il tarixində
saat 16.00-da Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə Abşeron rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək. Tədbirdə Abşeron rayonunun ağsaqqal və ağbirçəklərin, gənclərin, ictimai birlik və təşkilatların, təhsil və səhiyyə ocaqlarının nümayəndələrinin, Abşeron, Xızı rayonlarının və Sumqayıt şəhərinin  bələdiyyə nümayəndələrinin iştirakı nəzərdə tutulur.