Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi -13 il

6 fevral 2019

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi -13 il

6 fevral, 2006-cı il

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaranmasının 13 ili tamam olur.

Ötən 13 il müddətində ailə dəyərlərinin təbliği, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində əməli addımlar atılmış, mühüm tədbirlər icra olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi və rəhbərliyi ilə 13 il ərzində Komitə tərəfindən  ailələrə psixoloji, hüquqi yardımlar edilib, minlərlə uşaq nikahları və məişət zorakılığı hallarının qarşısı alınıb, beynəlxalq konvensiyaların və milli qanunvericiliyin təkmilləşdirilməsində böyük töhfə verilib, qadınların cəmiyyətdə təmsilçiliyi artırılıb (35% bələdiyyədə, yerli icra hakimiyyətdə və s.) və digər istiqamətlərdə mühüm nailiyyətlər əldə edilib.

Eyni zamanda, ailə siyasətinin gücləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi istiqamətində beynəlxalq və milli səviyyədə uğurlar əldə edilib. Xüsusilə, ölkənin siyasi maraqlarının qorunması sahəsində BMT-də və Avropa Şurasında Azərbaycanın müsbət təcrübəsi dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırlıb.