“Valideyn-uşaq münasibətlərinin psixoloji problemləri” mövzusu ətrafında suallarınızı RMİ şöbəsinin baş məsləhətçisi Zülfiyyə Sadıqova cavablandıracaq


2 Comments

  1. Nuray Əsədova
    November 21, 2018

    Salam. Mən dərslərimlə vaxtlı vaxtında məşğul oluram amma valideynlərimi qane ede bilmirəm. daha çox gozlentileri var məndən. bu da meni bezdirir

    • Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
      November 21, 2018

      Salam, Nuray. Gəlin, bu məsələyə müsbət tərəfdən yanaşaq. Valideynlər övladlarının gələcəyindən həmişə narahat olduqları üçün tələbkar yanaşırlar. Bu tələbkar yanaşma əslində Sizin onlar üçün nə qədər dəyərli olduğunuzu göstərir. Düşünün, əgər valideyn övladına dəyər verməsəydi, onun necə oxuması, hansı uğurlar əldə etməsi ilə maraqlanardımı? Əlbəttə ki, yox. Sizi narahat edən məqamları valideynlərinizlə söhbət edərək aydınlaşdırmağa çalışın, öz fikirlərinizi, istəklərinizi sadə tərzdə bildirin.Bir çox hallarda ailədaxili mübahisələr üzvlər arasında müzakirə edilmədiyi üçün dərinləşə bilir. Əgər münasibətlər daha da gərginləşərsə, mütləq peşəkar mütəxəssisə müraciət edin. Gündəlik qrafikinizə dərslə yanaşı sevdiyiniz məşğuliyyətləri də əlavə edin ki, dəyişiklik olsun. Sizə uğurlar!

  2. Sanay Yagmur
    November 21, 2018

    Mənim 14 yaşım var və mən Azərbaycanda gender bərabərliyi istəyirəm. Azərbaycanda qız olmaq təhqir hesab olunur. " Qız kimi gülmə" "Qız kimi ağlama" " Qız kimi ifadəsi ölkəmizdə kimisə aşağlamaq, təhqir kimi istifadə olunur. Lakin qız olmaq aşağlıq və ya pis bir şey deyil!

    • Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
      November 21, 2018

      Salam, Sanay. Azərbaycanda gender bərabərliyi mövcuddur. Unutmayın, qadın genetik baxımdan da güclü varlıqdır, yaradıcıdır, qayğıkeşdir, mərhəmətlidir. sadəcə, dediyiniz təhqiramiz yanaşma cahil insanların düşüncələrindən başqa bir şey deyil. Siz təhsil almağa, hərtərəfli biliklər əldə edib uğur qazanmağa çalışın ki, bu gür mövcud cəfəng düşüncəni dəyişə biləsiniz. Sizə uğurlar!

Close
Close