Komitənin sədr müavini Daşkənddə gənc nəslin tərbiyəsində özünüidarə orqanlarının rolundan bəhs edən konfransda çıxış edib

29 oktyabr 2018

Paylaş:

Daşkənddə “Ailənin möhkəmlənməsində və gənc nəslin tərbiyəsində özünüidarə orqanlarının rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.

ABŞ, İspaniya, İtaliya, Belçika, İngiltərə, Pakistan, Misir, Koreya Respublikası, Rusiya, Hindistan, Əfqanıstan və digər ölkələrin nümayəndələrinin toplaşdıqları tədbirdə Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova təmsil edib.

Ailənin möhkəmlənməsində və gənc nəslin tərbiyəsində özünüidarə orqanlarının rolu ilə bağlı aktual problemlər ətrafında geniş fikir mübadiləsi aparılıb, problemlərin həlli üçün səmərəli yollar göstərilib, beynəlxalq və xarici təşkilatlarla, elmi-tədqiqat müəssisələri ilə bu sahədə gələcək əməkdaşlığın istiqamətləri müəyyənləşdirilib. Konfrans iştirakçıları hərtərəfli inkişaf etmiş, azad düşünən, təşəbbüskar və fəal gənclərin tərbiyəsi, vətəndaşların özünüidarə orqanlarının, hüquqi və metodik fəaliyyətlərinin təkmilləşdirilməsi barədə fikirlərini bildiriblər.

Sədaqət Qəhrəmanova plenar və bölmələr üzrə iclaslara moderatorluq etməklə yanaşı, bu sahədə Azərbaycanın təcrübəsi haqqında da ətraflı məlumat verib, dövlətin bu sahəyə qayğısından danışıb.