“Ailə, qadın və uşaq məsələləri üzrə qanunvericilik və hüquqi tənzimləmə” mövzusu ətrafında suallarınızı Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova cavablandıracaq.


8 Comments

  1. Kamal Dəmirov
    November 12, 2018

    Salam. Ölkələrarası övladlığa götürmə məsələsində Azərbaycanda hansı hüquqi şirkətlərə müraciət edə bilərik?? Sizdən rəyin alınması məqsədilə hansı sənədlər lazımdı? Forumun açılması ilə bağlı sizi təbrik edirəm. Uğurlu olsun!!!

    • Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
      November 12, 2018

      Salam, təbrikinizə görə təşəkkür edirəm. Hazırda Azərbaycanda Azərbaycan Respublikasının vətəndaşını övladlığa götürməyi arzu edən əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən hər hansı bir orqan akkreditasiyadan keçməmişdir. Bu səbəbdən əcnəbi daimi yaşadığı ölkənin aidiyyəti mərkəzi orqanı vasitəsilə bizim Komitəyə müraciət edə bilər. Tələb olunan sənədlərin siyahısını Komitənin 012 4984324 tel. nomrəsi ilə əlaqə saxlamaqla əldə edə bilərsiniz.

  2. Novruzəliyeva leyla Novruzeliyeva leyla
    November 12, 2018

    Salam men boşanmisam üc azuasli övladim bosandiqim ailenin evi kecmis qaynanamin adinadir. Men o evden yasayis huququ teleb ede bilerem? Ve ede bilsem orda mwne nece il yasayis huququ dusur?

    • Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
      November 12, 2018

      AR Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Bu o deməkdir ki, qaynananız yaşayış sahəsinin mülkiyyətçisidirsə onun göstərilən qaydada razılığı tələb olunur. Əks halda məhkəməyə müraciət edə bilərsiniz.

  3. Novruzəliyeva leyla Novruzeliyeva leyla
    November 12, 2018

    Salam men boşanmisam üc azuasli övladim bosandiqim ailenin evi kecmis qaynanamin adinadir. Men o evden yasayis huququ teleb ede bilerem? Ve ede bilsem orda mwne nece il yasayis huququ dusur?

  4. Həsənova Sevda
    November 12, 2018

    Sizcə dəfələrlə zorakılıq törətmiş şəxsə hansı cəza verilməlidir

    • Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
      November 12, 2018

      Ümumiyyətlə zorakılığın Məişət zorakılığının qarşısının alınması haqqındaAzərbaycan Respublikasının Qanununa əsasən 4 növü səciyyələndirilir. Fiziki, psixi, iqtisadi xarakterli və cinsi zorakılıq. Hər bir zorakılıq növü üzrə şəxsin barəsin ayrıca istintaq prosesi aparılır. Təkrar zorakılıq törətmiş şəxslərin məsuliyyətə cəlb olunması, barələrində tədbir görülməsi, Azərbaycan Respublikasının cinayət mühakiməsinə əsasən Polis və Prokurorluq orqanlarının səlahiyyətinə aid olan məsələlərdir. Təkrar zorakılıq törətmiş şəxslərin barələrində aparılan istintaq prosesi zamanı şəxsin əvvəllər törətdiyi zorakılıq faktları da nəzərə alınır. Cinayət Məcəlləsinə əsasən şəxsə qarşı mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

  5. Şəbnəm Tağıyeva
    November 12, 2018

    İnsan alverinin qurbanı olmuş qadınların sonradan cəmiyyətə reabilitasiyası üçün hansı işlər görülür?

    • Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
      November 12, 2018

      İnsan alveri qurban olmuş şəxslərin reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üçün Daxili İşlər Nazirliyinin tabeçiliyində İnsan Alverinin qurbanı olmuş şəxslər üçün sığınacaq fəaliyyət göstərir v\ həmin sığınacaqda həm insan alveri qurbanı olmuş qadınlar. həm də insan alverinin qurbanı olmuş uşaqları cəmiyyətə reinteqrasiyası həyata keçirilir. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiə nazirliyinin tərkibində insan alveri qurbanı olmuş şəxləslərin reabilitiasiyası məqsədilə yardım mərkəzi fəaliyyət göstərir. Ümumiyyətlə insan alveri ilə bağlı 20-dən yuxarı qanunvericilik aktı həmçinin İnsan Alverinə qarşı Mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu, Milli Fəaliyyət Planı, Azərbaycan Prezidentinin Fərmanları, Nazirlər Kabinetinin Qərarları və.s mövcuddur.

  6. Nigar Teymurova
    November 12, 2018

    Əmək Məcəlləsinə əsasən sağlamlıq imkanları məhdud qadınlar üçün hansı güzəştlər nəzərdə tutulub?

    • Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
      November 12, 2018

      Əmək qanunvericiliyində əlilliyi olan şəxslər üçün bir sıra güzəştlər və imtiyazlar nəzərdə tutulub. Əmək Məcəlləsinin 91-ci, 94-cü maddələrinə əsasən əlil şəxslər üçün qısaldılmış və natamam iş vaxtı müəyyən edilə bilər. 98-ci maddəyə əsasən əlil işçilər gecə vaxtı görülən işlərə yalnız onların razılığı və TSEK-in rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər. Habelə 119-cu maddəyə əsasən onlara əmək məzuniyyəti 42 təqvim gününüdən az olmayaraq verilir.

  7. Leyla Rzayeva
    November 12, 2018

    Övladlığa uşaq götürmək istəyirəm. Dedilər ki siz baxırsız. hansı sənədlər lazımdı?

    • Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
      November 12, 2018

      Övladlığa uşaq götürmək üçün ərizə ilə yaşadığınız rayonun icra hakimiyyəti orqanının Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etməyiniz tövsiyə olunur. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasında 3 yaşa qədər uşaqlar Səhiyyə nazirliyinin, 3 yaşdan yuxarı uşaqlar Təhsil nazirliyinin uçotunda qeydiyyata alınır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ölkələrarası övladlığa götürmə sahəsində ixtisaslaşan Mərkəzi Orqandır və əcnəbi və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinə baxır.

  8. Günay Məmmədli
    November 12, 2018

    Ailədə qadına qarşı zorakılıq olanda konkret olaraq qadın nə etməlidir, hara müraciət etməlidir?

    • Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
      November 12, 2018

      Ailə Zorakılığı ilə bağlı müraciətlərə hüquq mühafizə orqanları və yerli icra hakimiyyətlərii baxır.

Close
Close