Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi “Uşaq hüquqları” adlı tədbir keçirmişdir

8 noyabr 2018

Paylaş:

Noyabrın 6-da Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən 4 saylı orta məktəbdə “Uşaq Hüquqları” ilə bağlı maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə məktəbin şagirdləri və müəllimləri iştirak etmişdir. Tədbir iştirakçılarına uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsinin vacibliyindən danışılmış və uşaqların bizim gələcəyimiz üçün nə qədər vacib olduğu qeyd olunmuşdur.