“Uşaq hüquqları və milli – mənəvi dəyərlərimiz” adlı tədbir keçirilmişdir

8 noyabr 2018

Paylaş:

Noyabrın 2-də Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində Uşaq Hüquqları aylığı ilə bağlı “Uşaq hüquqları və milli – mənəvi dəyərlərimiz” adlı tədbir keçirilmişdir. Tədbirdə məktəblilər, Uşaq İncəsənət Məktəbinin rəqs kollektivi, icmadan olan bir qrup uşaqlar çıxış etdilər. Tədbirdə çıxış edənlər qeyd etdilər ki, ölkəmizdə uşaq hüquqlarına böyük dəyər verilir, uşaq hüquqlarının müdafiəsinə dövlət təminat verir. Bununla bağlı bir sıra mühüm qanunlar, dövlət proqramları qəbul edilib. Həmçinin qeyd edildi ki, dövlət tərəfindən uşaq hüquqlarının müdafiə olunması məqsədi ilə mühüm qanunlar və dövlət Proqramları qəbul edilmişdir. Uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən, milli xüsusiyyətlərin yad təsirlərə məruz qaldığı qloballaşan əsrdə uşaqların milli dəyərlər əsasında düzgün tərbiyə olunması və sağlam mühitdə yetişməsinin əhəmiyyətli məsələdir.

Tədbirin sonunda Mərkəzdən bəhrələnən uşaqların ifasında rəqs təqdim edilmişdir.