Cümhuriyyətin yaranmasının 100 illiyi münasibətilə Dövlət Müstəqilliyi günündə “Vətənim sənsən-Azərbaycan!” mövzusunda inşa müsabiqəsi keçirildi

10 oktyabr 2018

Paylaş:

Oktyabrın 10-da  Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən Ağdam rayonu Təzəkənd köçkün qəsəbəsində  106 saylı köçkün tam orta məktəbində müəllim və şagird kollektivi ilə Cümhuriyyətin yaranmasının 100 illiyi münasibətilə Dövlət Müstəqilliyi günündə “Vətənim sənsən-Azərbaycan!” mövzusunda inşa müsabiqəsi  keçirildi.

     İnşa müsabiqəsində 30 nəfər şagird iştirak etdi. Mərkəzə təqdim edilən 30 inşa içərisindən 3 nəfər I,II,III yerlərin qalibi oldu.  Digər 10 ən yaxşı yazılmış inşalardan rayon qəzetində çap olunması üçün 1 nəfərin yazısı seçildi. Mükafatlandırma mərasimində yarış qaliblərinə sertifikatlar və məktəbli ləvəzimatı hədiyyə edildi. Digər müsabiqə iştirakçılarına Mərkəz tərəfindən həvəsləndirici hədiyyələr təqdim eildi.

    Tədbirdə Mərkəzin direktoru Y.Qəhrəmanova çıxış edib uşaqları müsabiqədə iştirak etdiklərinə görə təbrik etdi, onların vətənə sevgilərini necə gözəl qələmə aldıqlarını söylədi.

     Məktəbin direktoru mərkəzlə əməkdaşlığa görə təşəkkür etdi və uşaqların bu müsabiqədə iştirak etməklərini gələcəkdə şagirdlərdə ictimai işlərdə fəal olmağa həvəsləndirdiyimizi və  təhsildə fərqlənəcəklərinə stimul verdiyimizi söylədi.