Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Həştərxana səfər edəcək

19 oktyabr 2018

Paylaş:

22-23 oktyabr  2018-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Həştərxan vilayətində keçiriləcək Azərbaycan-Həştərxan biznes forumunda iştirak edəcək.

Forum iki dövlət arasında aramızda biznes və işgüzar əlaqələrin qurulmasına yönəldiləcəkdir. Qadın sahibkarlar üçün təşkil ediləcək sərgidə 30 nəfərdən çox azərbaycanlı sahibkar qadınlar öz məhsullarını nümayiş etdirəcək və biznes təkliflərini səsləndirəcəklər.

Forumdan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulacaq. Sonra Həştərxan sarayı ziyarət ediləcək. Oktyabrın 22-də “Azərbaycan-Həştərxan :qadın sahibkarlarının forumu” çərçivəsində plenar iclas keçiriləcəkdir. Forumda Dövlət Komitəsinin sədri çıxış edəcəkdir. Eyni zamanda Həştərxan vilayətinin rəhbərliyi ilə ikitərəfli görüşlər keçiriləcək və əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Səfər çərçivəsində “Korreskiya və inkişaf” adlı uşaqların reabilitasiyası üzrə elmi praktiki mərkəzə baş çəkiləcək, “Ürək-damar” cərrahiyyə mərkəzinə, “İstok” (mənbə) adlı yetkinlik yaşına çatmayanlar üçün regional-sosial reabilitasiya mərkəzinə ziyarət ediləcəkdir.

Forumda Ailə Biznesinə Dəstək (ABAD), Nərimanov rayon İcra Hakimiyyəti, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası, Azərbaycan Sahibkarlar Konfederasiyası, Gazzeli Group İşgüzar Qadınların İnkişafı Naminə İctimai Birliyi, Nərgiz Klinikasının və digər təşkilatların nümayəndləri iştirak edəcəkdir.