Nümunəvi ailə modeli: “Zeynalovlar ailəsi”

5 oktyabr 2018

Paylaş:

Zeynalov Ağasəf və Zeynalova Balaxanım artıq 64 ildir ki, ailə qurublar. 7 övladı olan bu uzunömürlü ailənin 12 nəvəsi və 2 nəticəsi vardır. Zeynalovlar ailənin möhkəmliyinə və dəyərlərinin təbliğinə olduqca xüsusi önəm verirlər. Xəzər rayonu, Binə qəsəbə sakinləri olan və işgüzarlıq və əməksevərliyi ilə tanınan bu ailə Azərbaycan ailə modelinin mühüm nümunələrindəndir.

Onların müsahibəsinin diqqətinizə təqdim edirik:

   “Ailəmizin ən dəyərli anları ailə qurmağımızın, övladlarımızın dünyaya gəlməsi, onların sağlam böyüməsi, ilk dəfə məktəbə getmələri, daha sonralar övladların valideynlərlə həmrəy olaraq onlara daim dayaq olmalarından ibarətdir. Ailədə mehribanlıq həmişə xoş əhval - ruhiyyə yaradır, bu da xoş güzarana sağlam yaşayışa gətirib çıxarır. Övladların düzgün tərbiyə edilməsinin əsas sirri valideynlərin səbrlə uşaqların hər hərəkətlərinə dostcasına nəzarət etmək və onlara daim hərəkətləri barədə düzgün məlumat verməkdən və onlara dost münasibəti bəsləməkdən ibarətdir. Uzun ömürlü həyat məhz sağlam yəni pis vərdişlərdən uzaq olmaq, ətrafdakılara xoş münasibət bəsləmək, vətənə, xalqa fayda verəcək əməklə məşğul olmaq və əsasda ailədə xoş və sağlam münasibətin olmasından asıllıdır.”