Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Ailəliklə kitabxanaya” birgə layihəsi çərçivəsində “Ən zəngin ev kitabxanası olan ailə” müsabiqəsini elan edirlər.

6 aprel 2018

Paylaş:

Müsabiqədə iştirak etmək istəyən ailənin üzvü ev kitabxanasının fotoşəklini çəkib 30 avqust 2018-ci il tarixinədək evkitabxanasi@gmail.com  elektron poçt ünvanına göndərə bilər.

 

Müsabiqənin yekununda ən zəngin ev kitabxanası olan ailə  təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyə ilə mükafatlandırılacaq.

 

Müsabiqənin şərtləri:

  • Fotolar 2048/1536 ölçüdə təqdim olunmalıdır.
  • Fotolara zəruri məlumatlar (ad, soyad, əlaqə telefonu, ünvan) qeyd edilməlidir.
  • Hər ailə müsabiqəyə iki foto təqdim edə bilər.
  • Təşkilat Komitəsi yalnız orijinal fotoları qəbul edəcəkdir.
     
  • Bu məqsədlə Təşkilat Komitəsinin üzvləri tərəfindən qalib seçilmiş ailənin ev kitabxanasına baxış keçirilməsi nəzərdə tutulur.

 

Əlavə məlumat üçün:

(012) 539 11 91 (Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu

(012) 493 79 62 (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi)

 

Anket