Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən Qəbələ “ASAN xidmət” Mərkəzində“Ailənin qurulması və qorunması” adlı təlim təşkil edildi

9 iyul 2018

Paylaş:

  Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Qəbələ ASAN xidmət Mərkəzində  iyunun 5-də “Ailənin qurulması və qorunması” adlı təlim keçirildi. Təlim yeni ailə qurmuş insanlar və gənclərdən ibarət olmaqla 15 nəfərin  iştirakı ilə keçirildi. Təlim 2 hissədən ibarət olmuş və mərkəzin sosial iş üzrə mütəxəssis psixoloqu Rüfət Əhmədov tərəfindən aparıldı. Birinci  hissədə  ailənin qurulması və qorunması, ailə büdcəsinin təşkili və formalaşdırılması, ailə üzvlərinin hüquq və vəzifələri mövzuları üzrə  söhbət aparıldı. Daha sonra, ailədə mübahisə yaradan amillər və onların həlli yolları, sağlam ailə, ailədaxili zorakılıq mövzuları öyrənildi.Ailə qurarkən özümüzə hansı suallarla müraciət etməliyik, özümüzü evliliyə hazır hiss edirikmi  kimi mövzular ətrafında fikir mübadiləsi aparıldı. Sonda təlim iştirakçıları arasında  temperament  və təlim nəticələrinin qiymətləndirilməsinə dair sorğu keçirildi və slayd nümayiş etdirildi.