Hacıqabulda “Narkomaniya və onun fəsadları” mövzusunda tədbir keçirilmişdir

9 iyul 2018

Paylaş:

Iyunun 5-də Hacıqabul şəhər 1 saylı orta məktəbində narkomaniyanın qarşısını almaq məqsədilə yuxarı sinif şagırdlərinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirlər çıxış edən Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru, Rayon Polis Şöbəsinin rəis müavini, Hacıqabul rayon Mərkəzi Xəstəxananın həkim-narkoloqu, Hacıqabul rayon polis şöbəsinin Azyaşlılarla iş üzrə komissiyanın sədri, rayonun İdman və Turizm idarəsinin rəisi, Hacıqabul Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyasının  məsul katibi narkotik madələr və onların istifadəsi zamanı insan orqanizminə vurduğu zərərlər barədə məlumat vermiş, onları sağlam həyat tərzi keçirməyə çağırmışdır.