1 İyun Uşaqların Beynəlxalq Müdafiə günü tədbiri Yeni İmamqulubəyli qəsəbə Uşaq baxcasında keçirildi

9 iyul 2018

Paylaş:

   01.06.2018-ci ildə Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi və Yeni İmamqulubəyli Uşaq baxcası tərəfindən köçkün uşaqlarla 1 İyun -Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Ağdam rayon Yeni İmamqulubəyli qəsəbə Uşaq baxcasında tədbir keçirilmişdir. Tədbirə rayon İcra Hakimiyyətindən, qəsəbə icra nümayəndəliyindən və başqa təşkilatlardan qonaqlar dəvət olunmuşdular.

    Tədbirdə uşaqlar uşaq haqlarından bəhs edən səhnəciklərlə çıxış etmişlər, şer söyləmişlər, mahnı oxuyub, rəqs etmişlər. Onlar uşaq haqqlarını ifadə edən slayd vərəqlərlə diqqət cəlb etmişlər. Uşaqlar sülh istəyir.Uşaqlar müharibə istəmirlər!Uşaqlar valideynləri ilə xoşbəxt yaşamaq istəyirlər!

    Tədbirin sonunda uşaqlar çay süfrəsinə dəvət edildilər