Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası və yay tətili müddətində asudə vaxtın səmərəli keçirilməsi məqsədilə məcburi köçkün uşaqlarla teatr tamaşasına baxış təşkil edildi

9 iyul 2018

Paylaş:

Iyulun 4-də Ağdam rayonu  Paprəvənd kənd klubunda   yay tətili müddətində asudə vaxtın təşkili məqsədilə xüsusi qayğıya ehtiyacı olan, imkansız və köçkün ailədən olan   30 nəfər uşaq üçün Ağdam Mədəniyyət evinin aktyorlarının hazırladığı “Kələkbazın sərgüzəştləri” tamaşası Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən təşkil edildi.Teatr tamaşası nağıl əsasında səhnələşdirildiyi üçün uşaqların marağına səbəb oldu. Onlar aktyorların maraqlı və gülməli rol ifa etmələrini  alqışlarla qarşıladılar.