Komitədə Fələstinin Yerli Hökumət Nazirinin müavini Mohammad Al Jabarinnin başçılıq etdiyi mümayəndə heyəti ilə görüş baş tutacaq

27 iyun 2018

Paylaş:

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadın hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə mübarizə, gender bərabərliyinin təmin edilməsi sahəsində vacib layihələr həyata keçirir və davam etdirir. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Yaxşı Yerli Özünüidarəetmə Proqramı çərçivəsində həyata keçirdiyi Azərbaycan bələdiyyələrində təmsil olunan qadın üzvlər üçün nəzərdə tutulmuş DAYAQ mentorluq layihəsi Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi ilə tərəfdaşlıq edərək Qadınların bələdiyyə idarəçiliyində iştirakının gücləndirilməsi, gender bərabərliyi sahəsində mövcud olan real problemlərin həlli və yerli səviyyədə buna dair qərarların qəbulunda qadınların fəal iştirakına nail olmağa çalışır. Keçirilən layihələrdə effektivliyin artırılması məqsədilə 28 iyun 2018-cı il tarixində, saat 14:30-da Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə Fələstinin Yerli Hökumət Nazirinin müavini Mohammad Al Jabarinnin başçılıq etdiyi mümayəndə heyəti ilə  görüşü baş tutacaq.  

Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə Fələstinin Yerli Hökumət Nazirinin müavini Mohammad Al Jabarinnin başçılıq etdiyi mümayəndə heyətindən başqa, Fələstinin Yerli Hökumət Nazirinin müavinin köməkçisi  Manar Al Fitiani, gender sektorunun rəhbəri  Asmaa Al Hendi, Yerli Hökumət Nazirliyinin digər nümayəndələri- Rima Shubeitah,   Murad Al Shayeb,  GİZ təşkilatının Fələstin Respublikasındakı nümayəndələri- Hiba Muthaffar, Haya Qundah və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarınınn iştirakı nəzərdə tutulur.

Fələstin nümayəndə heyətinin ölkəmizə rəsmi səfərinin məqsədi Azərbaycan Respublikasının dövlət qadın siyasəti, mentorluq təşəbbüsü, qadınların irəli çəkilməsi, qadın sahibkarlığının inkişafı, gender bərabərliyinin təmin edilməsi istiqamətində yaxşı təcrübənin öyrənilməsidir.

            Görüş zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi və keçirilən layihələrdə effektivliyin artırılması məqsədilə müzakirələr aparılacaq.