Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi Aqressiyaya məruz qalmış uşaqlar gününə həsr olunmuş tədbir keçirmişdir
Paylaş:
Iyunun 5-də Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində Aqressiyaya məruz qalmış uşaqlar gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə risk qrupundan olan ailələr və uşaqlar iştirak edirdilər. Tədbir zamanı aqressiya, zorakılıq, aqressiyadan qorunma yolları haqqında uşaqlara məlumat verildi, uşaqlarla interaktiv şəkildə sual -cavab aparıldı. Tədbirdə uşaqlar və valideynlərlə "Kaktus" psixoloji testi keçirildi, daha sonra testin nəticələri valıdeynlərlə birgə müzakirə olundu.